Gürcüstan Parlamenti İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi yeni nazirlər kabinetini təsdiqləyib.

Az.shafaqna.com 1tv-yə istinadən xəbər verir ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

Nazirlər kabinetində iki dəyişiklik olub.

Belə ki, Müdafiə Nazirliyinə Cuanşer Burçuladze, Regional inkişaf və İnfrastruktur Nazirliyinə isə İrakli Karseladze rəhbərlik edəcək.

Digər nazirlər:

Ədliyyə naziri – Qoça Lortkipanidze

Daxili İşlər naziri – Vaxtanq Qomelauri

İqtisadiyyat və Davamlı İnkişaf naziri – Natiya Turnava

Xarici İşlər Naziri – David Zalkaliani

Maliyyə naziri – İvane Maçavariani

Təhsil, elm, mədəniyyət və İdman naziri – Mixail Çxenkeli

Əmək, səhiyyə və sosial müdafiə naziri – Yekatirina Tikaradze

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Levan Davitaşvili

Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri.

Əvvəlki məqaləAzərbaycanın xalq artisti vəfat edib
Növbəti məqalədəAzərbaycan Parlamentinin deputatları 22 məsələni müzakirə edəcəklər