
Az.shafaqna.com “DefenceNews”-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası nüvə sınaqlarının keçirilməsini qadağan edən düzəlişi təsdiq edib.
Düzəliş müdafiə büdcəsinə əlavə edilib.
Sənədə əsasən istənilən dərəcəli radioaktiv tullantılı sınaqların maliyyələşdirilməsi qadağan edilir.
Bu təşəbbüs Konqresin iki palatasının da razılığını almalıdır və bundan sonra o, qanunlayihəsinin yekun versiyasına daxil ediləcək.
Bundan başqa, senator Tom Kotton lazım olduğu halda nüvə sınaqları ilə bağlı layihələrə 10 milyon dollaradək pulun ayrılması təklifini də daxil edib.






























