Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail işğal altında saxladığı İordan çayının Qərb sahilində 20 fələstinlini həbs edib.

Tutulanlar arasında HƏMAS hərəkatının 2 lideri də var.

Şahidlərin sözlərinə görə, İsrail əsgərləri bazar ertəsi günü Mustafa əş-Şənnarın Nablus şəhərində yerləşən evində əməliyyat keçiriblər.

Əş-Şənnar HƏMAS-ın liderlərindən biridir və ən-Nəccah universitetində dərs deyir.

Digər lider – Ömər Hənbəlinin həbsi barədə isə HƏMAS-dan məlumat verilib.

Təşkilatı İordan çayının Qərb sahilində özünün 2 üzvünün həbsini pisləyib və İsraili Fələstinin siyasi həyatını sarsıtmaq cəhdində ittiham edib.

HƏMAS Fələstində qarşıdan gələn parlament və prezident seçkilərinin astanasında İsrailin artan həbslər və təqibləri ilə bağlı öz narahatlığını bildirib.

Qeyd edilir ki, İsrail kəşfiyyat son iki həftə ərzində HƏMAS-ın İordan çayının Qərb sahilindəki üzvlərini tez-tez dindirmələrə çağıraraq onlara seçkilərdə iştirak etməməklə bağlı hədələyib.

Əvvəlki məqalə2,5 min dil yox ola bilər
Növbəti məqalədəƏlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə iclas keçirilib