Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, 2,5 min dil yox olmaq təhlükəsi ilə üz-üzədir.

Bu barədə UNESCO-nun nəzdindəki Türkiyə Milli Komissiya İdarəsinin (UTMK) sədri Öcal Oğuz məlumat verib.

Bildirilir ki, 2000-ci ildən bəri hər il 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir.

Dünyada hazırda 7 minə yaxın danışılan dil var. Onlardan da təxminən 2,5 mini yox olmaq təhlükəsi ilə üzləşib, çünki onlar olduqca məhdud sayda insan tərəfindən istifadə edir”, – deyə Oğuz bildirib.

Onun sözlərinə görə, statistika və əldə olan məlumatlara əsasən, dünyada hər 15 gündən bir həmin dillərdən biri yox olur.

Son onilliklərdə dillərin yoxolma təhlükəsi dünyadakı sosial, siyasi və iqtisadi dəyişikliklərə görə artıb. O əlavə edib ki, 1950-ci ildən bəzi 250-dən çox dil yox olub.

UNESCO-nun yoxolma təhlükəsi ilə üzləşmiş dillərə dair atlas bu vəziyyəti əks etdirir. Yox olmaq təhlükəsi ilə üzləşən dillərin əsas hissəsini 10 min nəfərdən az danışanı olan dillər təşkil edir”, – deyə o əlavə edib.

Əvvəlki məqaləGələn aydan qaz sayğaclarında kredit həcminə dəyişiklik edilir
Növbəti məqalədəİsrail HƏMAS-ın 2 liderini tutdu