Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan baş naziri postuna namizəd İrakli Qaribaşvili parlamentdə “Gürcü Arzusu” fraksiyası üzvləri qarşısında çıxış edərkən Keşikçidağ məbədi (David Qareci məbədi) haqqında da danışıb.

O, sözügedən məsələni sabiq prezident Mixail Saakaşvilinin “Gürcüstan dövlətinin maraqlarının ziyanına qəbul etdiyi qərarların və onun xəyanətinin bariz nümunəsi” adlandırıb.

Hər şeydən öncə demək istəyərdim ki, Azərbaycan bizim olduqca yaxın strateji həmkarımızdır”, – deyə o bildirib və əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə çox yaxşı münasibətləri var.

Qaribaşvilinin sözlərinə görə, onun baş nazir kimi ilk səfərlərindən biri, pandemiya şərtləri də nəzərə alınaraq, Azərbaycana ola bilər.

Bizim qardaş (Azərbaycan) dövlət(i) ilə dialoqumuz olacaq. İnanıram ki, cənab Əliyeb, bizim dostumuz olan Azərbaycan tərəfi və biz müdrik qərar qəbul edərək razılaşa və ortaq dil tapa biləcəyik. Bu, bizim üçün çətin olmayacaq”, – deyə o vurğulayıb.

Əvvəlki məqaləDeputatların vaksinasiyasına başlanılıb
Növbəti məqalədəAzərbaycanda narkoloji müalicə müəssisələrinin sayı artırılacaq