Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan baş naziri postuna namizəd İrakli Qaribaşvili parlament tribunasından “Vahid Milli Hərəkat” (VMH) lideri Nika Meliyanın həbs ediləcəyini elan edib.
“Qanun icra edilməlidir. Ölkəmizdə nizam-intizam olmalıdır və müvəqqəti Konstitusiya və Konstitusiya nizamından kənara çıxan bütün insanlar və təşkilatlar həmin çərçivələrə geri dönməlidir. Mən belə bir zəmanət verirəm”, – deyə o qeyd edib.
Bununla yanaşı, Qaribaşvilinin sözlərinə görə, Meliya artıq bir dəfə “Cartu Bank”-ın iflası məsələsi ilə bağlı məhkumluq həyatı yaşayıb və kriminal şəxsdir.
Xatırladaq ki, Tbilisi şəhər məhkəməsi Tbilisidə iğtişaşlarla bağlı 17 fevralda Meliyanın həbsinə dair qərar qəbul edib. Polis 18 fevralda VMH liderini həbs etməyə cəhd edib, lakin alınmayıb. Daha sonra isə baş nazir Giorgi Qaxariyanın istefasından sonra həbs təxirə salınıb.
Qeyd edək ki, Meliya hazırda tərəfdarlarının müharisəsi altındakı VMH ofisindədir.