Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan XİN Gürcüstan ərazisi vasitəsi ilə Ermənistana silah tədarük edilməsinə dair xəbərlərə reaksiya verib.

Dezinformasiya xarakterli məqalə yayılıb, orada çoxlu yanlışlıqlar var”, – deyə qeyd edilib.

Gürcüstan XİN bildirir ki, həmin məqalənin müəllifləri “cəmiyyətdə yanlış fikir formalaşdıraraq Gürcüstanla Azərbaycanın strateji həmkarlıq və dostluğunun üzərinə kölgə salmaq istəyirlər”.

Gürcüstan tərəfi hesab edir ki, məlum məqalə iki ölkənin münasibətlərində “süni problemin yaradılmasına yönəlib”.

Hər iki ölkə regionda mühüm rola sahibdir və çoxlu əhəmiyyətli regional və beynəlxalq layihələr həyata keçirirlər, o cümlədən də birlikdə”, – deyə əlavə edilib.

Xatırladaq ki, ötən gün Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan XİN-ə çağırılıb. Görüşdə Azərbaycan XİN başçısı Xələf Xələfov bildirib ki, etibarlı və təsdiq edilmiş məlumata əsasən, Serbiyadan Ermənistana böyük həcmdə silah-sursat göndərilib.