Az.shafaqna.com xəbər verir ki, Cənubi Koreyada davam edən güclü istilər nəticəsində ölənlərin sayı avqustun 4-nə olan vəziyyətə görə 21 nəfərə yüksəlib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan rəqəmi artıq geridə qoyub.
Bu barədə Koreya Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi məlumat yayıb.
Məlumata əsasən, mayın 15-dən avqustun 4-dək isti hava ilə əlaqədar müxtəlif sağlamlıq problemləri yaşayan 2 441 nəfər ölkə xəstəxanalarına müraciət edib. Son 24 saat ərzində bu göstərici 198 nəfər, ölüm halları isə bir nəfər artıb.
Bildirilir ki, son ölüm hadisəsi Çxunçxon-Pukto əyalətində qeydə alınıb. Kənd təsərrüfatı sahəsində çalışan 60 yaşlı kişi isti hava şəraitinin təsiri nəticəsində vəfat edib.
Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin mayın 15-dən avqustun 4-dək olan dövrdə Cənubi Koreyada isti hava ilə bağlı 20 ölüm halı qeydə alınmışdı.
