Türk Ordusu Suriya sərhədində 3 PKK terrorçusunu zərərsizləşdirdi

Suriyada “Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgəyə soxulmağa cəhd göstərən 2 terrorçu və “Fərat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan bir PKK/YPG üzvü zərərsizləşdirilib.

Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin fevralın 21-də verdiyi açıqlamada “Suriyada “Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgəyə soxulmağa cəhd göstərən 2 terrorçu və “Fərat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan bir PKK/YPG üzvü qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirildi” deyilib.

Bu məqaləni paylaş