Bu şəhərə 15 ildə ilk dəfə qar yağıb

Az.shafaqna.com xəbər verir ki bu, Yeni Zelandiyanın paytaxtı Vellinqtonda Antarktidadan daxil olan soyuq hava axınının təsiri nəticəsində son 15 ildə ilk dəfə qar yağıb.

Məlumata görə, avqustun 4-də ölkəyə çatan soyuq hava kütləsi şaxta, qar, dolu və güclü küləklə müşayiət olunub. Avqustun 5-i səhər Cənub adasında yerləşən üç yaşayış məntəqəsində havanın temperaturu -9 dərəcəyədək enib.

“MetService” meteoroloji xidməti bildirib ki, gün ərzində temperaturun nisbətən yüksələcəyi gözlənilsə də, gecə saatlarında yenidən kəskin soyuma baş verəcək. Proqnozlara əsasən, avqustun 6-sı səhər ölkənin bəzi bölgələrində bu ilin ən aşağı temperaturu qeydə alına bilər.

Yeni Zelandiyanın milli elektrik şəbəkəsinin operatoru “Transpower” isə açıqlayıb ki, avqustun 5-i səhər pik saatlarda elektrik enerjisinə tələbat rekord səviyyəyə çatıb. Şirkət həmçinin avqustun 6-sı səhər elektrik enerjisi çatışmazlığı yaranması riskinin olduğunu da bildirib.

Bu məqaləni paylaş