Gürcüstanın beynəlxalq valyuta ehtiyatlarının həcmi 7,1 milyard ABŞ dollarına yüksələrək indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb.
Az.shafaqna.com xəbər verir ki, ölkədə iqtisadi inkişaf davam etdikcə valyuta ehtiyatları da artır. Bu istiqamətdə Gürcüstan Milli Bankı ardıcıl tədbirlər həyata keçirir.
Ötən ayın yekunlarına əsasən, valyuta ehtiyatları 7,1 milyard ABŞ dolları təşkil edib və bu, Gürcüstan tarixində rekord göstəricidir.
Ehtiyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz artıb. Bu, həm ölkənin iqtisadi göstəricilərinin yaxşılaşması, həm də Milli Bankın səmərəli fəaliyyəti ilə əlaqələndirilib.
Bu məqaləni paylaş
