Ukraynaya xarici tərəfdaşlar tərəfindən hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket tədarükü 2026-cı ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə azalıb.
“Az.shafaqna.com” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, tərəfdaş ölkələrdən, xüsusilə də antiballistik müdafiə vasitələri üzrə təchizat nəzərəçarpacaq dərəcədə zəifləyib. Onun sözlərinə görə, HHM sistemləri üçün raketlərin tədarükü 2025-ci ilin analoji dövrü ilə müqayisədə üç dəfə az olub və bu azalma təkcə yay aylarını deyil, 2026-cı ilin ilk yarısının bütün dövrünü əhatə edir.
Zelenski qeyd edib ki, müttəfiq ölkələrin ehtiyatlarında kifayət qədər raket mövcuddur. Lakin onların Ukraynaya çatdırılması, həmçinin istehsalın sürətləndirilməsi və bu istehsalın bir hissəsinin Ukrayna ərazisində təşkil olunması üçün müvafiq siyasi qərarların qəbul edilməsi vacibdir.
