Məhəmməd Salah “Trabzonspor” formasında

Daha əvvəl əldə olunmuş razılaşmaya əsasən “Trabzonspor”a keçidi reallaşan misirli futbolçu Məhəmməd Salah Türkiyəyə yola düşüb.

Az.shafaqna.com xəbər verir ki, məşhur futbolçu ilk olaraq İstanbul hava limanına enəcək. Salah daha sonra axşam saatlarında Trabzona yollanacaq.

“Trabzonspor” klubu Türkiyəyə gələn Məhəmməd Salahın təyyarədə çəkilmiş ilk görüntülərini paylaşıb.

Komandanın formasını geyinən futbolçu azarkeşlərə müraciət edərək belə deyib: “Trabzon, hazırsan? Sizi eşidirəm. Tezliklə görüşəcəyik. Bizim üçün hər yer Trabzondur.”

Bu məqaləni paylaş