Ermənistan və Türkiyə nümayəndələri avqustun 4-də Yerevanda tarixi Ani körpüsünün bərpası ilə bağlı yaradılmış birgə işçi qrupunun ikinci iclasını keçiriblər.
Az.shafaqna.com xəbər verir ki, müzakirələr zamanı tərəflər 2026-cı il mayın 4-də imzalanmış protokolun qısa müddətdə icrasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.
Bildirilib ki, həmin sənəd işçi qrupunun ilk iclasında imzalanıb və Ermənistan-Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpasını nəzərdə tutur.
Xatırladaq ki, Ani körpüsünün bərpasına dair protokol 2026-cı il mayın 4-də Yerevanda keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində Ermənistanın və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç tərəfindən imzalanıb.
