Qızıla qlobal tələbat rekord həddə çatıb

Dünya Qızıl Şurasının (World Gold Council) hesabatına görə, 2026-cı ilin ikinci rübündə birjadankənar bazarda (OTC) bağlanan əməliyyatlar da nəzərə alınmaqla qızıla qlobal tələbat ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 1 269 ton səviyyəsində qalıb.

Az.shafaqna.com xəbər verir ki, hesabatda qeyd olunur ki, ilin ilk altı ayında qızıla ümumi qlobal tələbat 2 522 tona yüksəlib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Eyni zamanda, qızıla olan tələbatın dəyəri rekord həddə çataraq 380 milyard ABŞ dolları təşkil edib.

Bu məqaləni paylaş