Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus tankerə qarşı hərbi tədbir görüb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Yəmən Ordusunun (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi general Yəhya Sərii məlumat verib.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanına tətbiq edilən dəniz blokadası çərçivəsində krallığa məxsus “Wafa” adlı yük gəmisiinə bir neçə ballistik raketlə zərbə endirilib.
Əlavə edilib ki, 22 iylinda dəniz blokadası başladığı gündən bəri Yəmən Ordusu tərəfindən Qırmızı və Ərəb dənizlərində Səudiyyə Ərəbistanına aid ümumilikdə 8 tankerə zərbələr endirilib. Həəmçinin 22 tanker də geri dönməyə məcbur edilib.
Xatırladaq ki, bu blokada Səudiyyə Ərəbistanının Yəmənə qarşı tətbiq etdiyi blokadaya cavab olaraq həyata keçirilir.
