Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya işgüzar səfər edəcək.

Bu barədə Az.shafaqna.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, C.Bayramovun 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası – Türkiyə Respublikası – Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.

Bu məqaləni paylaş