DSMF: 7 ayda 41 mindən çox şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bu ilin yanvar–iyul aylarında 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə “Az.shafaqna.com“a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Müavinət ödənişləri 19 147 nəfər qız, 22 004 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, birdəfəlik müavinətin məbləği 600 AZN-dir.

Bu məqaləni paylaş