Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Rusiya ordusunun bu gecə Kiyev şəhəri və Kiyev vilayətinə atdığı heç bir raketi tuta bilməyib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) açıqlama verib.
Qeyd edək ki, Rusiya tərəfi 24 ədəd “İskəndər” ballistik raketi, 5 ədəd “Zirkon/Oniks” raketi, həmçinin 115 ədəd hücum dronu ilə bölgədəki nəqliyyat və paylama mərkəzlərinə zərbələr endirib.
Xatırladaq ki, daha öncə Ukrayna prezidenti Vladimir Zelenski HHM sistemləri ilə bağlı raket çatışmazlığının olduğunu demişdi.
Bu məqaləni paylaş
