Qızıl və gümüş unsiyasının bugünkü QİYMƏTLƏRİ

Əmtəə bazarlarında qızıl və gümüş fyuçerslərinin qiymətində artım qeydə alınıb.

Birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin bir troya unsiyasının (31,1 qram) qiyməti 1,02% bahalaşaraq 4 195 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, COMEX-də 2026-cı ilin sentyabr ayı üzrə gümüş fyuçerslərinin bir unsiyasının dəyəri də 1,27% artaraq 61,01 ABŞ dolları təşkil edib.

Bu məqaləni paylaş