NATO rəhbərliyi uzun illər ərzində Gürcüstan və Ukraynanı saxta vədlərlə aldadıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, paytaxt Tbilisi şəhərinin meri Kaxa Kaladze bəyan edib.
O bildirib ki, bütün bu illər ərzində Şimali Atlantika Alyansı Tbilisi və Kiyevə üzvlük vədləri verərək yalan danışıb və artıq hamı həqiqətin fərqli olduğu anlayır.
“Artıq onların özləri də utanmadan açıq şəkildə bəyan edirlər ki, bu, (yəni NATO-ya üzvlük) faktiki olaraq qeyri-mümkündür və istisnadır”, – deyə Kaladze vurğulayıb.
Bu məqaləni paylaş
