Səudiyyə Ərəbistanı Yəmənin Səədə və Həccə vilayətlərinin hava məkanını pozub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi general Yəhya Sərii bəyan edib.
O, buna cavab olaraq Nəcran hava limanındakı həssas hədəfin pilotsuz uçuş aparatı (PUA) ilə vurulduğunu bildirib.
Yəmən Ordusunun rəsmisi açıqlamasının davamında Səudiyyə Ərəbistanına müraciət edərək əlavə edib: “Hava məkanımıza yönəlmiş heç bir pozuntu cavabsız və ya cəzasız qalmayacaq!”.
Bu məqaləni paylaş
