Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 7,864 milyard kubmetr həcmində səmt qazı (neft yataqlarının qazı) hasil edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 477,3 milyon kubmetr və ya 6,5% çoxdur.
Sözügedən həcmin 2,531 milyard kubmetri əmtəəlik qazın payına düşüb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 466,05 milyon kubmetr və ya 22,6% çoxdur.
Ümumilikdə, qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,180 milyard kubmetr təbii qaz hasil edilib.
Məlumata əsasən, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 190,8 milyon kubmetr və ya 0,8 faiz artıb.
Ötən ilin yanvar-iyun aylarında ölkədə təbii qaz hasilatı 24,989 milyard kubmetr təşkil edib.
Hesabat dövründə 19,551 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209,2 milyon kubmetr və ya 1,1 faiz çoxdur.
Ötən ilin yanvar-iyun aylarında ölkədə 19,342 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.
Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,0 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz azalıb.
