İslam Respublikası yeni PUA-larını təqdim edəcək

İslam Respublikasının Silahlı Qüvvələri son günlər yeni nəsil pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İran Ordusunun rəsmisi general Məhəmməd Əkrəminiya məlumat verib.

General Əkrəminiya qeyd edib ki, son dövrdə İslam Respublikası tərəfindən düşmənlərə qarşı həyata keçirilən əməliyyatlarda yeni nəsil pilotsuz uçuş aparatlarından (PUA) fəal şəkildə istifadə olunur.

O bildirib ki, sözügedən PUA-ların texniki xüsusiyyətləri və imkanları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Əkrəminiya əlavə edib: “ABŞ-ın keçmişdə verdiyi sözlərə əməl etməməsi və razılaşmaları pozması nəzərə alınaraq, atəşkəsin hər anından (ordu üçün) avadanlıqların təmin edilməsi, idxalı, yeni sistemlərin istehsalı və yenidən qurulması istiqamətində maksimum dərəcədə istifadə etməyə çalışdıq”.

Briqada generalı Əkrəminiya ordunun mümkün yeni qarşıdurmalara qarşı hazırlıqlarını davam etdirdiyini də vurğulayıb.

Bu məqaləni paylaş