Gürcüstan daha 55 nəfəri deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər həyata keçirilən tədbirlər çərçivəsində 55 xarici ölkə vətəndaşını ölkədən deportasiya edib.

Az.shafaqna.com xəbər verir ki, əməliyyatlar DİN-in digər aidiyyəti dövlət qurumları ilə birgə koordinasiya şəraitində keçirilib.

Miqrasiya Departamentindən bildirilib ki, aparılan kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrin vətəndaşları olan ümumilikdə 55 nəfər Gürcüstan ərazisindən çıxarılıb.

Məlumatda vurğulanıb ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən daxil olmasına qadağa tətbiq edilib.

Bu məqaləni paylaş