İran Hörmüzdə ABŞ PUA-sını vurdu

Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatının vurulduğu bildirilir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata əsasən, SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri vasitəsilə Hörmüz boğazı üzərində uçan “MQ-9” PUA-sı müəyyən edilərək izlənilib və daha sonra məhv edilib.

Bu məqaləni paylaş