
Az.shafaqna.com “Youm 7” portalına istinadən xəbər verir ki, Misirdə qəribə hadisə baş verib. Belə ki, dəfn mərasimi keçirilən kişini 4 ay sonra qəbiristanlıqda sağ halda tapıblar.
Məhəmməd əl-Qammal bu ilin yanvarında itkin düşüb. Ailəsi onun axtarışlarına başlasa da, bir nəticə əldə etməyib.
Onun qohumları jurnalistlərə deyib ki, əl-Qammal ruhi xəstəlikdən əziyyət çəkirdi və tez-tez evdən qaçırdı.
Bir neçə müddət sonra yerli xəstəxanadan zəng gəlir və bildirilir ki, həmin kişinin cəsədi xəstəxanaya gətirilib. Demək olar ki, qohumların hamısı cəsədin əl-Qammala aid olduğunu deyib.
4 ay sonra bir neçə nəfər şəxs gecə vaxtı qəbiristanlıqda gəzən kişi görüblər. Onu polisə gətirdikdə isə məlum olub ki, o, itkin düşmüş əl-Qammaldır.
Hələ ki, onun indiyədək harada olduğu bəlli deyil.































