İmam Əli (ə) ziyarətgahı mövludlara hazırlanır

İraqın Nəcəf şəhərində yerləşən İmam Əli İbni Əbutalib (ə) ziyarətgahında mövlud mərasimlərinə hazırlıq işləri gedir.

Az.shafaqna.com xəbər verir ki, Həzrət İmam Əlinin (ə) Kəbədə dünyaya gəlməsi Rəcəb ayının 13-də olmuşdur.

Hazırda bu mövludla bağlı mərasimlər üçün hazırlıq işləri gedir.

Bu arada ziyarətgah həmçinin  İmam Cavadın (ə) da mövludu münasibətilə bəzi bayraq və şüarlarla bəzədilib.

10-cu İmam, Həzrət Cavadın mövludu 10 rəcəbdədir.

Bu məqaləni paylaş