Shafaqna Foto: Ərbəin – misilsiz qonaqpərvərlik

Az.shafaqna.com Ərbəin 2026-dan özünün növbəti özəl fotoreportajını təqdim edir.

Ərbəin yürüşünün ən diqqətçəkən məqamlarından biri də misilsiz qonaqpərvərlikdir. Yol kənarında qurulan minlərlə “mövkib”də (xidmət çadırı) yerli əhali zəvvarlara xidmət etmək üçün yarışır. Onlar zəvvarların ayaqlarını yuyur, masaj edir, onlara yemək, su, çay və digər ehtiyaclarını qarşılayır. Bu fədakarlıq, İslam qardaşlığının və insanpərvərliyin ən ali təzahürüdür.

Fotolarda həmçinin, müxtəlif ölkələrdən gələn zəvvarları görmək olar. Bu, Ərbəin yürüşünün beynəlxalq xarakterini və İmam Hüseyn (ə) məktəbinin bəşəri əhəmiyyətini göstərir. İnsanlar dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, İmam Hüseynin (ə) ədalət və azadlıq şüarı ətrafında birləşirlər.

Shafaqnanın özəl Ərbəin Fotoreportajı 8 (Fotoreportyor: B.Rzazadə)

Bu məqaləni paylaş