Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtidarın yeni tərkibini təqdim edib.
Az.shafaqna.com 1tv-yə istinadən xəbər verir ki, Nazirlər kabinetinin yeni tərkibi “Gürcü Arzusunun” siyasi şurasının iclası başa çatdıqdan sonra məlum olub.
Nazirlər kabinetində iki dəyişiklik olub.
Belə ki, Müdafiə Nazirliyinə Cuanşer Burçuladze, Regional inkişaf və İnfrastruktur Nazirliyinə isə İrakli Karseladze rəhbərlik edəcək.
İqtidar tərkibini parlament gələn həftə təsdiqləməlidir.
“Gürcü Arzusu” İrakli Qaribaşvilini baş nazir vəzifəsinə dünən təqdim edib.
Bu məqaləni paylaş