Mömin yalan danışarmı?

.
0

Az.shafaqna.com: “İmam Rza (s) buyurdu: “Peyğəmbərdən (s) soruşdular: Mömin qorxaq olarmı?

Peyğəmbər (s) buyurdu: Bəli.

Soruşdular: Mömin paxıl olarmı?

Buyurdu: Bəli.

Soruşdular: Yalan danışarmı?

Buyurdu: Xeyr. Yalan danışanların imanı olmaz və Allahın nəzərindən kənarda olarlar. Onlar Şeytanın nəzarəti altında olarlar.”

Həyatda inanclı olmaq istəyiriksə yalanı kənara qoymalıyıq. İnsan Allaha tərəf hərəkət etmədikcə insan olmaz. Lakin Şeytan buna imkan verməz və maneələr törədər. Yuxarı getmək üçün maneələr aradan qalxmalıdır. Yalan insanın Allaha tərəf getməsinə mane olan amillərdəndir.

Ustad Ələvi Tehrani”