Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 2021-2024-cü illərdə Gürcüstan 5,3%-lik ÜDM artımı ilə regionda iqtisadiyyatın bərpası üzrə lider olacaq.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri postuna namizəd Natiya Turnava parlamentdə danışıb.
“2021-ci il iqtisadiyyatın sürətli bərpası ili olacaq. 2021-2024-cü illərdə Gürcüstan regionda 5,3%-lik iqtisadi artımla lider olacaq, həmçinin ölkəmiz pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın bərpası tempi üzrə də lider olacaq”, – deyə o qeyd edib.
Turnavanın sözlərinə görə, bu cür proqnoz Gürcüstan iqtisadiyyatındakı müsbət tendensiyalara əsaslanır, lakin vəziyyət hələ gərgin olaraq qalmağa davam edir.
“Gürcüstanda iqtisadi düşüş tempi 6,1%-dir ki, bu da, pandemiya olmasaydı, 5%-lik bir iqtisadi artıma hazırlaşan belə bir iqtisadiyyat üçün olduqca çətindir”, – deyə o əlavə edib.
Nazir həmçinin qeyd edib ki, hökumət iqtisadiyyataın sürətli bərpasına xidmət edəcək bir sıra islahatlar hazırlayıb.
“Planlaşdırılan islahatların keçirilməsindən sonra iqtisadiyyat sürətlə bərpa olacaq və makroiqtisadi sabitliyə heç nə mane olmayacaq”, – deyə Turnava bildirib.
