Alman professor: 99,9% əminəm ki, kovonavirus laboratoriyada yaradılıb

Az.shafaqna.com ZDF-a istinadən xəbər verir ki, almaniyalı fizik Roland Vizendanger koronavirus infeksiyasının yaranmasının “mümkün” versiyası haqda danışıb.

O qeyd edib ki, “şəxsi araşdırmasını aparıb” və nəticədə COVID-19-un laboratoriya mənşəli olması fikrinə gəlib.

Alimin sözlərinə görə, 2020-ci ilin yanvar ayından dekabr ayınadək elmi materiallar və KİV-lərdə gedən məlumatları tədqiq edib. Bundan başqa profesorri tədqiq edilən materialları öz həmkarları ilə müzakirə edib.

Mən 99,9 əminəm ki, koronavirus laboratoriyada əmələ gəlib”, – deyə o əlavə edib.

Hamburq universiteti adıçəkilən fizikin işini şərh edib və bildirib ki, həmin iş, nəzəriyyə ilə bağlı tutarlıq arqumentlərin olmasına baxmayaraq, elmi iş adına iddia etmir.

Bu məqaləni paylaş