Gürcüstanda 2021-ci ildə su təchizatı yaxşılaşdırılacaq insanların sayı açıqlandı

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Regional İnkişaf və İnfrastruktur naziri postuna namizəd İrakli Karseladze ölkə parlamentinin komitə dinləmələrində nazirliyin planları barədə danışıb.

O bildirib ki, nazirlik üçün yollarla yanaşı, su təchizatı, kanalizasiya, həyati əhəmiyyətə sahib sistemlər də ən mühüm vəzifələrdəndir.

Karseladze 2020-ci ili olduqca məhsuldar adlandırıb.

Onun sözlərinə görə, təkcə 2019-2020-ci illərdə 500 milyon larilik yatırım nəticəsində 360 min benefisiar üçün su təchizatı sistemləri yaxşılaşdırılıb. Namizəd Kutaisi, Çitaura və Zuqdidi şəhərlərinin tarixlərində ilk dəfə gecə-gündüz su ilə təchiz edildiyini də önə çəkib.

Karseladze qeyd edib ki, artıq 2021-ci ildə su təchizatı və kanalizassiya sisteminə 349 milyon larilik yatırımın sayəsində ölkənin 150 yaşayış məntəqəsində yaşayan 220 min insan ilk dəfə mərkəzləşdirilmiş su təchizatı əldə edəcək.

Bu məqaləni paylaş