ABŞ ordusunun təyyarəsi qəza etdi: Hərbçilər öldü

Az.shafaqna.com ABC-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus supersonic sürətli təlim-məşq təyyarəsi olan T-38 qəzaya uğrayıb.

Hadisə Alabama ştatında yerləşən hava limanı yaxınlığında baş verib. 2 hərbçi ölüb.

Qeyd edilir ki, ölən hərbçilər təyyarənin pilotları olublar.

Təyyarənin göyərtəsində olan insanların dəqiq sayı məlum deyil.

Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş