Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, parlament komitələri bu gün Gürcüstan hökumətinin yenilənmiş tərkibinə etimadın ifadə edilməsi məsələsini müzakirə edir.
Bugünkü gündən hökumətə etimad məsələsi, həmçinin onun 2021-2024-cü illər üçün olan proqramı Gürcüstan parlamentinin komitələri, fraksiyaları və müxalif qruplarında müzakirə ediləcək.
Hazırda məsələ iqtisadi spektr məsələləri ilə məşğul olan 4 komitənin birgə iclasında müzakirə edilir. 15:00 üçün isə Avropa inteqrasiyası, diaspora və Qafqaz işləri, beynəlxalq məsələlər üzrə komitələrin birgə iclası planlaşdırılıb. Daxili İşlər Naziri postuna namizəd olan David Zalkaliani iclasda spiker olacaq.
Xatırladaq ki, dünən baş nazir postuna namizədliyi irəli sürülən İrakli Qaribaşvili yenilənmiş hökumətin tərkibini təqdim edib.