Separatçı terror tәşkilatı PKK İraqın şimalından Hakkarinin Çukurca qәsәbәsindәki hәrbi birliyә raket zәrbәlәri endirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, terrorçuların atdığı raket mәrmilәrindәn biri qarnizondakı boş sahәyә, digәr raket dә Narlı çölündәki mәscid vә bir evin yaxınlığına düşüb.
Hücum zamanı ölәn vә ya yaralanan olmayıb. Hücumdan dәrhal sonra Türkiyә Silahlı Qüvvәlәri terror hәdәflәrinә ağır zәrbәlәr endirib.
Mütәxәssislәr separatçı terror tәşkilatı PKK-nın Qarada hәyata keçirilәn vә 13 Türkiyә vәtәndaşının şәhid olduğu qәtliamdan sonra törәdilәn hücumla da günahsız vәtәndaşları hәdәf almağa davam etdiyini bildirib.
Bu məqaləni paylaş