Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 396 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 469, ölənlərin sayı 19 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 268097 nəfər koronavirusa yoluxub, 261066 nəfər sağalıb, 3425 nəfər isə vəfat edib.
Hazırda 281 karantin rejimində, 1769 nəfər xəstəxanada, 228 nəfər isə COVİD 19 otelindədir.
Bu məqaləni paylaş