İsrail müsəlmanların “əl-Əqsa” məscidində cümə namazı qılmasına mane oldu

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail polisi bu gün müsəlmanlara Qüds şəhərindəki “əl-Əqsa” məscidində cümə namazı qılmağa icazə verməyib.

Belə ki, polis məscidə gedən yolda onların qarşısını kəsib.

Ölkənin fərqli-fərqli yerlərindən gələn yüzlərlə fələstinli müsəlman Köhnə şəhərin girişində nəzarət-keçid məntəqəsi yaxınlığında yığışıb.

Gərginliyin artmasına baxmayaraq müsəlmanları şəhərə buraxmayıblar və onlar məcburən İordan çayının Qərb sahilinə geri qayıtmalı olublar.

Bununla yanaşı, “əl-Əqsa”-da oxunan cümə xütbəsində İslam dünyasını Fələstindəki müsəlmanların üzləşdiyi problemlərə biganə qalmamağa səsləyiblər.

Bu məqaləni paylaş