Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistan Hindnistanı 2007-ci ildə Hindistandakı sərnişin qatarında silsilə partlayışlar törədən şəxsləri məsuliyyətə cəlb etməyə səsləyib.

Pakistan XİN “Samjhauta Express”-də (“Dostluq Ekspresi”) törədilən partlayışda əli olan şəxslərin mümkün qədər tez aşkar edilməsini tələb edib. Qeyd edək ki, həmin qatar Pakistanın Lahor və Hindistanın Dehli şəhərləri arasında hərəkət edirdi.

Pakistan tərəfi bildirib ki, “Dostluq Ekspressi” qatarındakı terror aktı qurbanları ədalət məhkəməsini gözləyirlər. Terror qurbanları üçün ədalətin bərqərar olmaması Hindistanda terror aktları törədən şəxslərin “cəzadan azad edilməsi” “mədəniyyətinin” təsdiq edildiyininin bariz təsdiqidir”.

Xatırladaq ki, 2007-ci il 18 fevralda Nyu-Dehli yaxınlığındakı “Devana” stansiyası yaxınlığında sözügedən qatarda törədilmiş terrorlar zamanı 2 vaqon yanıb, əksəriyyəti pakistanlılar olmaqla, 68 nəfər həyatını itirib.

Əvvəlki məqaləAzərbaycanda bu günə olan yoluxma sayı – İNFOQRAFİKA
Növbəti məqalədə“Azəriqaz” onlayn vətəndaş qəbulu keçirib