Az.shafaqna.com “Islam News”-ə istinadən xəbər verir ki, Azərbaycan Rusiya məktəblərindəki tarix dərsliklərindəki toponimik xətanın aradan qaldırılmasına nail olub.
Xəta 9-cu sinifdə keçirilən 2 dərslikdə olub – L.Lyaşenko və N.Arsentyevin müəllifi olduğu kitablarda.
Hər iki kitabda müəlliflər Azərbaycanın tarixi Naxçıvan və İrəvan xanlıqlarını uydurma “Şərqi Ermənistana” çeviriblər və iddia olunub ki, guya 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsində “Şərqi Ermənistan” ifadəsindən istifadə edilib.
Həqiqətdə isə sözügedən sənəddə “Şərqi Ermənistan” deyilən bir şey yoxdur.
Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tarixi faktların təhrifinin aradan qaldırılması istəyi ilə bu ölkənin XİN və Təhsil Nazirliyinə müraciət edib. Rusiya tərəfi sorğunu yerinə yetirib. Nazirlikdən bildirilib ki, yeni tarix kitablarında bir daha uydurma “Şərqi Ermənistan” ifadəsindən istifadə edilməyəcək.