İran zərbə endirdi: ABŞ itkilərini etiraf etdi

ABŞ ordusu itkilərinin olduğunu etiraf edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, İranın 17 və 18 iyul tarixlərində İordaniya və İraqdakı ABŞ bazalarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ABŞ hərbçiləri ölüb və yaralanıb.

Qeyd edək ki, İran tərəfi bəyan edir ki, ABŞ ordusu öz itkilərini gizlədir və real rəqəmləri açıqlamır.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb. İslam Respublikası isə bu hərbi təcavüzə cavab olaraq bölgədəki düşmən hərbi hədəflərinə zərbələr endirir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş