Çexiyaad məktəblərdə mobil telefonlardan istifadə qadağan ediləcək.
Az.shafaqna.com xəbər verir ki, hazırda bununla bağlı müvafiq qanun layihəsi hazırlanır.
Belə ki, qanun qəbul edildikdən sonra, bağçalarda, ibtidai və orta məktəblərdə, həmçinin çoxillik liseylərdə mobil telefonların, o cümlədən də smartfonların və digər elektron rabitə qurğularının istifadəsi qadağan olunacaq.
Qayda həm fasilələri, həm də dərsdənkənar proqramları da əhatə edəcək.
Bu məqaləni paylaş
