20 yaşlı gənc piyada Məkkəyə yola düşdü

Az.shafaqna.com xəbər verir ki, qırğız gənc piyada Məkkə şəhərində doğru hərəkət edir.

O deyib ki, Ümrə səfərindən öncə ata və anası ona bu yolda öz xeyir-dualarını veriblər.

“Valideynlərimin razılığını aldıqdan sonra, 10-15 gün səfərə hazırlaşdım. Sonra isə “bismillah” deyib yola düşdüm”, – deyə o qeyd edib.

Çətinliklərə baxmayaraq, qırğızıstanlı müsləman bir dəfə də olsun məqsədindən geri dönmək barədə düşünməyib.

O, sentyabr-oktyabr aylarında Məkkə şəhərin çatmaq istəyir.

Əbdür-Rauf öz əşyalarını xüsusi hazırlannış səfər aramasında daşıyır. Orada yatmaq üçün yeri də var.

O, Qırğızıstandan başlayan bu uzun səyahəti boyunca Qazaxıstandan, oradan gəmi ilə Xəzər dənizi keçərək Azərbaycandan, sonra isə İran, Türkiyə, Suriya, İraq və Küveytdən keçəcək. Daha sonra isə Səudiyyə Ərəbistanına keçəcək.

Onun sözlərinə görə, səfərindən sonra bu mövzuda kitab yazmaq və film çəkməyi planlaşdırır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş