Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ ordusu İranda infrastrukturu hədəf alacağı təqdirdə, İslam Respublikasının hərbçiləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bütün limanlarına zərbələr endirə bilər.
Bunu İranın güc strukturlarındakı mənbə “Fars” agentliyinə açıqlayıb.
“ABŞ-nin İranın infrastrukturuna hücum edəcəyi təqdirdə, BƏƏ-nin hava və dəniz limanları dərhal təxliyə edilməlidir”, – mənbə bildirib.
Xatırladaq ki, iyulun 18-də ABŞ İranın Buşehr və Hörmüzqan vilayətlərinə zərbələr endirib. İran isə buna cavab olaraq Küveytə, daha sonra Bəhreyn , İordaniya və Səudiyyə Ərəbistanında yerləşən ABŞ bazalarına zərbələr endirməyə başlayıb.
Bu məqaləni paylaş
