Az.shafaqna.com-un verdiyi xəbərə görə, iyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.
Bu məqaləni paylaş
