Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında Gürcüstanda malların xarici ticarət dövriyyəsi 762,5 milyon dollar təşkil edib. Bu isə ötən ilin müvafiq ayındakı göstəricidən 16,5 faiz azdır.
Qeydedilən məbləğin 224,4 milyon dollarını ixrac (16,2% az), 538,1 milyon dollarını isə idxal (16,6% az) təşkil edir.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.
2021-ci ilin yanvar ayında Gürcüstan ticarət balansının mənfi saldosu 313,6 milyon dollar olub ki, bu da xarici ticarət dövriyyəsinin 41,1 faizi deməkdir.
Üstəlik 2021-ci ilin yanvar ayında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki 10 ən iri ticarət həmkarının payı 76,3 faiz olub. Ölkənin ən iri ticarət həmkarları Çin (126,5 milyon dollar), Türkiyə (114,3 milyon dollar) və Azərbaycandır (86,2 milyon dollar).