Amerika Birləşmiş Ştatları 23 ildir hərbi mövcudluğunu qoruduğu İraq torpaqlarını bu il sentyabrın 30-dək tamamilə tərk edəcək. “Az.shafaqna.com”un “Assoşieyted Press” agentliyinə istinadən yaydığı məlumata görə, bu qərar İraq hökumətinin başçısı Əli əz-Zeydinin Vaşinqton mütəffiqi ilə görüşü və Ağ Evdə ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr nəticəsində qəbul olunub.
Donald Tramp artıq İraq ərazisində Amerika hərbi qüvvələrinin qalmasına lüzum olmadığını bəyan edib. Pentaqonun məsələ ilə bağlı açıqlamasında isə qeyd olunub ki, qoşunların ölkədən tam çıxarılması İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə mübarizənin başa çatdırılmasına dair 2024-cü ildə əldə olunmuş razılaşmaya əsasən baş tutur. Gələcəkdə terror təhlükəsinə qarşı mübarizəni amerikalı hərbçilərin hazırlıq keçdiyi İraqın yerli ordusu təkbaşına icra edəcək.
