Az.shafaqna.com-un verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata əsasən, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.
Bu məqaləni paylaş
