Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto istefaya gedib.
Az.shafaqna.com Sportline-yə istinadən xəbər verir ki, Hasimoto yerli mətbuata açıqlamasında istefa səbəbini ona “Tokio-2020″nin Təşkilat Komitəsinin rəhbəri vəzifəsi təklif olunması ilə əlaqələndirib.
Hasimoto baş nazir Yoşihide Suqeyə istefa məktubunu təqdim etdiyini bildirib. O, rəsmi qərar açıqlananadək danışmaq istəmədiyini vurğulayıb. Təşkilat Komitəsinin yeni rəhbəri baş nazirin onu dəstəklədiyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, fevralın 12-də Yosiro Mori Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri vəzifəsindən istefa verib. “Tokio – 2020” koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb.